logo

“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb

11:33 22-11-2021 | icon 2660
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən layihələr arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin Ağdam rayonunu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

O bildirib ki, “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb.SCADA dispetçer idarəetmə sisteminə qoşulub.

Paralel olaraq fiber optik kabelin çəkilişi təmin edilib ki, bu da Ağdam şəhərinin yüksəksürətli internet ilə təchiz olunmasına imkan verəcək.