"Bakcell" “Milli KSM Mükafatı 2020”-nin qalibləri sırasında
"Bakcell" şirkəti “Milli KSM Mükafatı 2020”-nin qalibi elan olunub.
“Yaxşı səhiyyə və Rifah” nominasiyasında təqdim edilmiş bu mükafat şirkətin xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər planı çərçivəsində görülən işlərə görə təqdim edilib.
"Bakcell" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress-testlərin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza "Bakcell" tərəfindən ödəmə kartları hədiyyə olunub. Şirkət Bakının Binə qəsəbəsində yaşayan 650 aztəminatlı ailə üçün ərzaq yardımı proqramı həyata keçirib.
Bununla yanaşı, pandemiya dövründə abunəçi və əməkdaşlarınıntəhlükəsizliyini qorumaq, bu sahədəmaarifləndirməni həyata keçirmək məqsədilə Bakcell uzunmüddətliməlumatlandırma və kommunikasiya proqramları həyata keçirib. Həmçinin, "Bakcell" öz əməkdaşlarına evdən işləmək üçün lazımi şərait yaradıb.
Artıq 3-cü dəfə təşkil edilən “Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik təşəbbüslərinin artmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
“Milli KSM Mükafatı 2020”-nin qaliblərini müəyyən edən Komissiyanın tərkibinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Asan Xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və Proaktiv PR Agentliyinin nümayəndələri daxil olub.
Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülüb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb