Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 67 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.