Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Daxili İşlər Nazirliyindən(DİN) YeniAvropa-ya bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.
“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, - deyə DİN-in məlumatında qeyd edilir.