Rusiyaya gedən azərbaycanlı miqrantlar bundan sonra tibbi arayış təqdim etməlidirlər.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı təlimatda bildirilib.
"Rusiyaya 90 gündən artıq müddət üçün gedən əmək miqrantları və əcnəbi vətəndaşlardan dekabrın 29-dan etibarən Daxili İşlər Nazirliyinə HİV infeksiyasına yoluxmaması və narkomaniya asılılığının olmaması barədə arayış tələb oluna bilər”, - sənəddə qeyd olunub.
Yetkinlik yaşına çatmayanlar üçün isə bu işlə valideynlər, qəyyumlar və ya nümayəndələri məşğul olacaq