Şahin Mustafayev Rusiya şirkətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 17-də Rusiya Federasiyasının nəqliyyat-logistika, ticarət və bank sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərliyinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,görüşdə Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Cari ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 6 faiz artdığı xüsusi vurğulanıb. Bu baxımdan, müntəzəm şəkildə təşkil edilən qarşılıqlı biznes missiyaların rolu yüksək qiymətləndirilib.
İkitərəfli səmərəli investisiya əməkdaşlığının önəmi qeyd edilərək yeni birgə layihələrin reallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bildirilib ki, Azərbaycanda Rusiya kapitalı ilə mindən çox şirkət və birgə müəssisə fəaliyyət göstərir. Bu baxımdan, Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı məmnunluqla vurğulanıb.
İki ölkə arasında nəqliyyat-tranzit sahəsində uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Cari ilin 9 ayında dəhliz üzərindən yük daşımalarının həcminin 18 faiz artdığı bildirilərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, maliyyə-bank və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb