logo

Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olundu

11:55 17-11-2021 | icon 1785
Yevlaxda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olundu

Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs həbs olunub.

YeniAvropa xəbər verir ki, hadisə noyabrın 12-də rayonun Meyvəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini E.Allahverdiyev 2004-cü il təvəllüdlü M.Ə-ni (ad, soyadı şərti) evlənmək məqsədi ilə Oğuz rayonu ərazisinə qaçırıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin "Adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra E.Allahverdiyev saxlanılıb, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.