logo

Şəkidə 14 qovağı kəsən şəxslər cərimələnib

10:38 17-11-2021 | icon 1897
Şəkidə 14 qovağı kəsən şəxslər cərimələnib

Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı Şəki rayonunun Cumakənd kənd sakinləri Adil Cəfərovun və Söhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli cəmi 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilərək aparıldığı, nəticədə təbiətə 9450 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinə həvalə edilib.