Rusiya dekabrın 1-dən Azərbaycana aviareyslərin sayını artırır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə ölkənin Koronavirusla Mübarizəyə dair Operativ Qərargahı məlumat yayıb.
Dekabrın 1-dən Rusiyanın beynəlxalq aviareyslər həyata keçirən aeroportlarından Azərbaycana uçuşların sayı 2 reys artırılacaq, Moskva-Bakı marşrutu ilə müntəzəm aviareyslərin sayı həftədə 14 reysə çatdırılacaq.
Qərara əsəsən, Qazaxıstan, Qırğızıstan, İtaliya, Vyetnama da uçuşların sayını da artırmaq nəzərdə tutulub.
Bundan əlavə, Rusiya dekabrın 1-dən Argentina, Braziliya, Banqladeş, Kosta-Rika və Monqolustana uçuşları bərpa edir, Kuba, Meksika və Qətərə uçuşlara qoyulmuş məhdudiyyətləri götürür.