Azərbaycanda 111,9 min nəfər yaşa görə müavinət alır
Əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Bu il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda yaşa görə müavinət alanların sayı 111,9 min nəfər təşkil edir.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, hesabat dövründə 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət alanların sayı 153,7 min nəfər, ailə başçısını itirməyə görə 48,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,2 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min nəfər olub.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 225 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Cernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin və müddətli hərbi xidmət qulluqçularının 6,9 min ailəsinə 11,1 min uşaq üçün aylıq müavinət ödənilib. Bundan əlavə, 1255 nəfər bir yaşınadək uşağı olan 1224 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 325 şəxsə isə kompensasiya verilib.
2021-ci ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 48,8 min ailəyə 49,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,7 min nəfərə birdəfəlik müavinət ödənilib.
2021-ci il oktyabrın 1-nə olan məlumata əsasən 52,5 min aztəminatlı ailənin 225,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 61,78 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 298,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb