logo

Strateji valyuta ehtiyatlarımızın həcmi 53 milyard dolları ötüb-Nazir

19:26 16-11-2021 | icon 2492
Strateji valyuta ehtiyatlarımızın həcmi 53 milyard dolları ötüb-Nazir

Oktyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard ABŞ dollarını ötüb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında deyib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatlarının yüksək səviyyədə formalaşmasında neft-qaz sektorundan əldə olunan gəlirlər başlıca mənbədir.