Cari ilin on ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub. Bu, ən yüksək tarixi göstəricidir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.
Nazir qeyd edib ki, 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard dollardan çox olacağı gözlənilir.