logo

Bakıda təcili tibbi yardım piyadanı vurub öldürdü

12:26 16-11-2021 | icon 1890
Bakıda təcili tibbi yardım piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, hadisə noyabrın 14-ü saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.