logo

Bakıda Yardımlı sakininin maşınında  “Makarov” psixotrop maddə aşkarlandı

10:55 16-11-2021 | icon 1834
Bakıda Yardımlı sakininin maşınında  “Makarov” psixotrop maddə aşkarlandı

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qeydiyyat nişanı vurulmadan və etibarnamə olmadan idarə edilən “Chevrolet Aveo" markalı avtomobil daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Yardımlı rayon sakini 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən “Makarov” konstruksiyalı PM modelli tapança, bir patron darağı, bir patron və 4,474 qram çəkidə bir büküm psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.