logo

Almaniya 259 Azərbaycan vətəndaşına sığınacaq verməyib

10:01 16-11-2021 | icon 1743
Almaniya 259 Azərbaycan vətəndaşına sığınacaq verməyib

Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən(BAMF) bildirilib. Qeyd edilib ki, cari ilin  9 ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən 407 sığınacaq ərizəsi qeydə alınıb. Onlardan 174 nəfər ilk dəfə, 233 nəfər isə ikinci dəfə sığınacaq üçün müraciət edənlər olub.

Həmin dövrdə 687 icraat üzrə qərar qəbul edilib, ümumi müdafiə səviyyəsi 7,4% təşkil edib. 259 ərizəçinin müraciəti rəd edilib və həmin şəxslər Almaniyanı könüllü tərk etmələri barəsində xəbərdarlıq alıblar.

BAMF-dan bildirilib ki, bu ilin sentyabr ayında ümumilikdə 13849 əcnəbi federal idarəyə qaçqın statusu üçün müraciət edib.