"Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar, ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib: "Əvəzinə xəttə qatar verilib. Bir dəqiqəlik yubanma olub".