logo

Paytaxtda toya gedən koronaviruslu xəstə saxlanılıb

13:54 13-11-2021 | icon 1848
Paytaxtda toya gedən koronaviruslu xəstə saxlanılıb

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları aktiv koronavirus xəstəsinin Bülbülə qəsəbəsindəki şadlıq evlərinin birində təşkil olunan toy mərasimində iştirak etməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Samir İsmixanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub, sanitar-karantin qaydaları izah edilib.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları onu saxlayıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarıblar.

S.İsmixanov barəsində rayon polis idarəsində araşdırma aparılır.