Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov YeniAvropa-ya bildirilib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib.
O, 4 min manat məbləğində cərimə olunub.
Sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.