QHT Agentliyi Nazirlər Kabinetinin qərarını gözləyir
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öhdəsinə düşən vəzifəni düzgün icra edir. Dövlət Agentliyi fəaliyyətini müvafiq qaydalara uyğun həyata keçirir”.
YeniAvropa xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib.
O xatırladıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanı ilə yaradılıb: “Fərmana əsasən, həm də QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edilib. Bu Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilmə qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı təkliflər hazırlansın. Nazirlər Kabinetinin 29 aprel 2021-ci il tarixli sərəncamı, hər şeydən əvvəl dövlət başçısının müvafiq fərmanında nəzərdə tutulan məhz bu məsələlərin həlli ilə bağlıdır. Həmin sənədə əsasən, qrant müsabiqələrinin keçirilməsi qaydası İqtisadiyyat Nazirliyinə həvalə olunur. Artıq nazirlik müvafiq sənədləri hazırlayıb, Dövlət Agentliyi də öz növbəsində Ədliyyə və Maliyyə nazirlikləri ilə yanaşı, bu sənədlərə müvafiq rəy və təkliflərini təqdim edib. Nazirlər Kabineti tərəfindən bu qaydalar təsdiq edilməyənə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant maliyyələşməsi ilə bağlı müsabiqə keçirmək hüququ yoxdur".
Şura üzvü qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrinin daha tez keçirilməsində və QHT-lərin müxtəlif layihə və təşəbbüslərinin dəstəklənməsində daha çox maraqlıdır: "Bu ilin sentyabrın 16-da Agentliyin Müşahidə Şurasının qrant müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı iclası keçirilib. İclasda müsabiqə mövzuları təsdiq olunub".
"Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nazirlər Kabinetinin qəbul edəcəyi qərarı gözləyir", - deyə N.Mehdiyev vurğulayıb.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək