YAP rayon təşkilat sədrini intim videosu ilə şantaj edən jurnalistin məhkəməsi başlayıb
Nəsimi rayon məhkəməsində Yeni Azərbaycan Partiyasının(YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovu şantaj etməkdə ittiham olunan “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
YeniAvropa xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 26-na təyin olunub.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan intim videosunu yaymamaq qarşılığında 2 min manat rüşvət almaqda təqsirləndirilir.
M.Ələkbərov Cinayət Məcəlləsinin “hədə qorxu ilə tələb etmək” maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, jurnalist Mahir Ələkbərov "Mahir Xəttab" imzası ilə tanınır.