Gəncə şəhər sakini Günay Amanovanın mayın 26-da öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Gəncə şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Qafar Amanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürdüyü müəyyən olunub.
Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.