Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib. Qeyd edilib ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərə gedib. O, ötən gün qəfil ürək tutmasından dünyasını dəyişib.
"Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə Federasiyanın məlumatında qeyd edilir.