DİN əməliyyat keçirdi:Paytaxtda 21 narkotacirdən 68 kq narkotika götürüldü
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışını təşkil edən, həmçinin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki üzvlərinin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş İdarənin ölkə ərazisində keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən mütəşəkkil dəstəyə daxil olan 21 nəfər saxlanılıb. Həmin şəxslərdə 68 kiloqram narkotik vasitə aşkarlanıb.
Baş İdarənin və ona bilavasitə tabe olan Qərb, eləcə də Cənub Bölgəsində Regional şöbələrinin əməkdaşlarının Qaradağ rayonunda birgə həyata keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Nicat Əhmədov saxlanılıb. Onun üzərindən və anbar kimi istifadə etdiyi evindən ümumilikdə 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək, 20 kiloqram psixotrop maddə - metamfetamin, iki elektron tərəzi, 400 ədəd satışı qadağan edilən metadon həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi plastik kartlar aşkarlanıb.
Yasamal və Suraxanı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə beynəlxalq narkoşəbəkənin digər üzvləri Əbil Məmmədov, Müşfiq İsmayılov və tanışı Vüqar Quliyev saxlanılıblar. Əbil Məmmədovun üzərindən 645 qram heroin, 125 qram metamfetamin, yaşadığı mənzildən isə 1 kiloqram 385 qram heroin, 1 kiloqram 425 qram tiryək, 7 kiloqram marixuana, 1 kiloqram 430 qram metamfetamin və narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkar olunub. Müşfiq İsmayılov və Vüqar Quliyevin üzərindən, eləcə də Əmircan qəsəbəsindəki yaşadıqları evdən 4 kiloqram 83 qram heroin və 1 kiloqram 62 qram metamfetamin aşkar olunub.
Qeyd edək ki, Nicat Əhmədov, Əbil Məmmədov, Müşfiq İsmayılov və Vüqar Quliyevin barələrində aparılan əməliyyat tədbirləri ilə onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyə çalışan xaricdəki narkotacirlər üçün ölkə ərazisində narkokuryerlik etdikləri müəyyənləşib. Həmin şəxslərin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki fəal üzvləri olduqları sübuta yetirilib.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonlarında narkotik vasitələrın satışını həyata keçirən şəxslərə qarşı keçirdikləri növbəti əməliyyatlar zamanı isə bu qanunsuz fəaliyyətlə məşğul olan Ötkəm Piriyev, Rəfael Xəlilov, Elşən Babayev, Ayaz Həsənov, Şahbaz Babayev, Sadiq Məmmədov və Nicat Abdullayev saxlanılıblar. Ötkəm Piriyevdən 510 qram heroin və metamfetamin, Rəfael Xəlilovun üzərindən və avtomobilindən 3 kiloqram 600 qram tiryək, plastik kart, Ayaz Həsənovdan 257 qram heroin, metamfetamin və elektron tərəzi, Şahbaz və Elşən Babayevlərdən 1 kiloqram 377 qram heroin, metamfetamin, 300 ədəd metadon həbləri və iki elektron tərəzi, Sadiq Məmmədov və Nicat Abdullayevdən isə 144 qram heroin və metamfetamin aşkarlanıb.
Abşeron rayonunda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə gənclər arasında guya narkotik vasitələrin xeyirli olduğu barədə təbliğat aparan Müşfiq İsayev, Ceyhunə Quliyeva, Araz Ağayev tanışı Şəlalə Abbasova və Əziz Rəcəbov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram 650 qram müxtəlif tərkibli narkotik vasitələr, 70 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri və bank kartları aşkarlanaraq götürülüb.
Sabirabad, Cənub və Qərb Bölgəsində Regional şöbələrinin əməkdaşlarının Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Vaqif Qəhrəmanov, Aqil Səfərov, Mirhüseyn Ocaqov, Vüsal Abdıyev və Amin Əhmədzadə saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkar olunub.
Bu əməliyyatlar zamanı saxlanılan 21 nəfərin törətdikləri cinayətlər həyata keçirilən əməliyyat tədbirləri nəticəsində toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib. Əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri bu əməliyyat tədbirləri nəticəsində ümumilikdə 68 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə, ictimai fəal şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində və antinarkotik təbliğat sahəsində ölkənin gələcəyi naminə töhfələrini əsirgəməmələri barədə bir daha müraciət edib. Milli genefondumuzun məhvinə çalışan, xaricdən ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirlərin qarşısını yalnız polis-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi ala bilər.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək