logo

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılışi olub

11:58 12-11-2021 | icon 3717
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılışi olub

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub.

YeniAvropa xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Macarıstanın baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər.

Dövlət və hökumət başçıları binanın önündə ölkələrin dövlət bayraqlarını qaldırıb, katibliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsiblər.