Qazax rayonunda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Əhmədzadə Teymur yaşadığı evin qarşısında özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax rayonu prokurorluğunda araşdırma aparılır.