Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə AQTA-dan verilən məlumatda bildirilib. Qeyd edilib ki,monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group” MMC-yə məxsus "Atlantis” restoranı.