Məhkəmə tanınmış telejurnalistin həkimə qarşı iddiasını təmin etməyib
Nərimanov rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həkim Araz Bayramova qarşı iddiası üzrə məhkəmə iclası başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə G.Gözəlova məlumat verib. Bildirib ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, telejurnalistin iddiası təmin edilməyib. O, qərardan narazı qalıb və apellyasiya şikayəti verib.
G.Gözəlovanın sözlərinə görə, vəkili Elçin Sadıqov oktyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başqa bir cinayət işi üzrə əvvəlcədən təyin edilən məhkəmə iclasında olub: “Həmin gün də bizim iddiamız üzrə aparılan məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərib, iclasın təxirə salınmasını xahiş etmişdi. Nərimanov rayon Məhkəməsinin hakimi isə ərizəni qeydiyyata almadı. Daha sonra məhkəmə iclası keçirilib və iddiam rədd edildi.
Məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığımızı bildirərək, qanuni hüququmuzdan istifadə edib öz ekspertimizi işə daxil edərək növbəti ekspertiza barədə vəsatət qaldıracaqdıq. Eyni zamanda bir çox faktları ortaya çıxara biləcək xəstəlik tarixçəsini tələb edəcəkdik. Lakin məhkəmə iclasında bizim iştirakımız təmin edilmədən qətnamə çıxarıldı. Qətnamədə isə bizim iştirakımız barədə heç nə yazılmayıb, izah verilməyib”.
G.Gözəlovanın iddia ərizəsində qeyd olunub ki, telejurnalistin həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasında cərrah uroloq-androloq A.Bayramova müraciət edib.
Bu ilin fevralın 6-da həmin klinikada uroloq A.Bayramovun təyinatı üzrə A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub.
Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə hələ də müalicə alır.
Xəstənin ailəsi və "Buta" Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, A.Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.
G.Gözəlova həkimin cəzalandırılmasını istəyir.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək