Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq
Azərbaycanda Həştərxan Biznes Mərkəzinin açılışı bu ilin dekabrına planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Həştərxan vilayəti qubernatoru administrasiyasının Mətbuat və İnformasiya Xidməti İdarəsindən bildirilib.
Qeyd edilib ki, bu barədə razılıq Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə işgüzar görüşündə əldə olunub.
“Azərbaycan uzun illərdir ki, regionumuzun aparıcı tərəfdaşlarından biridir. Azərbaycan hökuməti, Bakının Nərimanov rayon İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə əməkdaşlıq edərək bir çox irimiqyaslı layihələr həyata keçirmişik”, - deyə qubernator qeyd edib.
Pandemiyaya baxmayaraq, bu ilin səkkiz ayının nəticələrinə görə Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 8,5 milyon ABŞ dollarından çox təşkil edib ki, bu da ötən ilin göstəricilərinə yaxındır.
“Şübhəsiz ki, bizim ticarət əməkdaşlığımızın potensialı daha böyükdür və ticarət dövriyyəsinin həcmləri artırıla bilər. Biz ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini iki biznes mərkəzləri - Həştərxandakı Azərbaycan Biznes Mərkəzinin və Bakıda tezliklə birlikdə açacağımız Həştərxan Biznes Mərkəzinin işi ilə əlaqələndiririk. Mən əminəm ki, bu iki qurumun fəaliyyəti Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin inkişafına əlavə təkan verəcək”, - deyə İqor Babuşkin əlavə edib.
Qubernator qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və görülən işlər sayəsində baş verəcək. Bakıdakı Həştərxan Biznes Mərkəzi azərbaycanlı tərəfdaşlarla işgüzar danışıqların aparılması və Həştərxan istehsalçılarının məhsullarının Azərbaycan bazarına çıxarılması üçün regionun əsas platformasına çevriləcək.
Abdin Fərzəliyev çoxillik əməkdaşlığa görə Həştərxan vilayətinin qubernatoruna təşəkkür edib və bildirib ki, Bakıda tikilmiş biznes mərkəzi hələ ki, Azərbaycan ərazisində Rusiya Federasiyasının yeganə belə nümayəndəliyidir. Bakıda Həştərxan Biznes Mərkəzinin tikintisi layihəsinin həyata keçirilməsi ideyası Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisi zamanı yaranıb. 2017-ci il dekabrın 19-da Bakıda Həştərxan Mərkəzinin gələcək tikintisinin aparılacağı yerdə ənənəvi ilk daşın qoyulması mərasimi olub. Artıq 2018-ci ilin yanvarında mütəxəssislər binanın tikintisinə başlayıblar. Mərkəzin açılışı 2021-ci ilin iyun ayına planlaşdırılmışdı, lakin pandemiyaya görə mərasim qubernatorun başçılıq etdiyi Həştərxan nümayəndə heyətinin Bakıya səfəri baş verəcəyi zaman, dekabr ayına təxirə salınmalı oldu.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb