logo

Bu gün “Koroğlu” metrostansiyası gücləndirilmiş iş rejimində çalışacaq

15:45 11-11-2021 | icon 1624
Bu gün “Koroğlu” metrostansiyası gücləndirilmiş iş rejimində çalışacaq

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan-Lüksemburq oyununa görə "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun  mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bildirib ki, artıq bununla bağlı lazımi tapşırıq və göstərişlər verilib: “Oyundan sonra futbolu canlı izləyən tamaşaçıların, həmçinin digər sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək. Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq”.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.