logo

Gələn il dövlət büdcəsinin 15 faizi Silahlı Qüvvələrə yönəldiləcək

15:10 11-11-2021 | icon 2758
Gələn il dövlət büdcəsinin 15 faizi Silahlı Qüvvələrə yönəldiləcək

Vətən müharibəsində qazanılan Qələbənin nəticəsi olaraq, Azərbaycan sərhədləri bərpa olunub. Sərhədlərin qorunması məsələsi böyük əhəmiyyət kəsb edir. Bu ərazilərdə müvafiq infrastrukturların qurulması ilə bağlı xərclərin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub. Silahlı Qüvvələrin müdafiə təminatının daha da gücləndirilməsi üçün dövlət büdcəsi xərclərinin 15 faiz hissəsi bu istiqamətə yönəldiləcək.

YeniAvropa xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi layihəsində işğaldan azad edilmiş ərazilərin, Qarabağın, Şərqi Zəngəzurun iqtisadiyyatımıza reinteqrasiyası üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub.