2022-ci il dövlət büdcəsi parlamentin komitələrinin birgə iclasında müzakirə olunur
Noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.