logo

AQTA Rusiyadan idxal edilən 67 ton  toxumluq kartofa qadağa qoydu

14:21 11-11-2021 | icon 2443
AQTA Rusiyadan idxal edilən 67 ton  toxumluq kartofa qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 67 min kiloqram toxumluq kartof məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.