logo

Amnistiya aktının icrası 4 aya başa çatdırılacaq

11:10 11-11-2021 | icon 1652
Amnistiya aktının icrası 4 aya başa çatdırılacaq

Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq.

 YeniAvropa xəbər verir ki, bunu noyabrın 11-də “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə təşkil olunan dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov deyib.

“Zəfər Günü münasibətilə imzalanan amnistiya aktının fərqi ondan ibarətdir ki, bu akt qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid ediləcək. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı aya qədər olan şəxslərə də şamil ediləcək”,-deyə E.Nəsibov vurğulayıb.