Ötən gün paytaxtda əsən güclü külək nəticəsində dörd yük avtomobili aşıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, ötən gün Bakı-Salyan yolu istiqamətində, Su İdman Sarayı - Bibiheybət yolunda hərəkətdə olan 3,5 tondək ağırlığı olan dörd yük avtomobili aşıb:
"Həmin yolda bir neçə saatlıq hərəkət istiqaməti dəyişdirilib. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Hazırda dəymiş ziyanlarla bağlı araşdırma aparılır”.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ötən gün güclü külək səbəbindən 70 ağacın aşdığını açıqlayıb. Aşan ağaclar 10 avtomobilə ciddi ziyan vurub.