Bakıda müşahidə edilən əlverişsiz hava şəraiti bir sıra fəsadlarla yanaşı hava nəqliyyatında da problemlər yaradıb.
YeniAvropa xəbər verir ki, axşam saatlarında başlayan və gecəyə doğru sürətini artıran güclü külək İstanbuldan Bakıya uçan "Türk Hava Yolları"na məxsus təyyarənin hava limanına enməsinə mane olub.
Təxminən bir saat havada gözləyən təyyarə nəhayət eniş üçün əlverişli imkan tapıb və təhlükəsiz şəkildə Heydər Əliyev Hava Limanına enib.
Həmin görüntüləri təqdim edirik: