logo

Bakıda güclü külək 7 nəfəri xəstəxanalıq etdi

22:50 10-11-2021 | icon 1673
Bakıda güclü külək 7 nəfəri xəstəxanalıq etdi

Bu gün axşamdan başlayan güclü külək bir neçə ərazidə fəsadlar törədib.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər (3 kişi, 4 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.