logo

Faktiki hava: Bakıda küləyin sürəti saniyədə 38 metrə çatıb

21:13 10-11-2021 | icon 1631
Faktiki hava: Bakıda küləyin sürəti saniyədə 38 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Şəki, Quba, Qusar, Şabran, Xınalıqda yağış yağıb, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, küləyin maksimal sürəti Naftalanda 26, Gəncədə 24, Tovuzda 22, Nabran, Neftçala, Xaçmaz, Ağstafada 20, Altıağac, Ceyrançöldə 18, Şabranda 16 met/saniyə təşkil edib.

Bakıya və Abşeron yarımadasına gəlincə isə küləyin sürəti Bakıda saniyədə 38, Maştağada 35, Qum adasında 32, Pirallahıda 30, Binədə 28, Neft Daşları, Çilov adasında 29, Ələt, Sumqayıtda 23 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.4 metrə çatıb.