logo

Sumqayıtda 18 yaşlı gənc restoranda liftin şaxtasına yıxılıb öldü 

15:30 10-11-2021 | icon 1631
Sumqayıtda 18 yaşlı gənc restoranda liftin şaxtasına yıxılıb öldü 

Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıtda şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Sumqayıt şəhər Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırma zamanı Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının ikinci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxıldığı və aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyənləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.