“Azercell”dən yeni “010” nömrələri – “Qaliblərin seçimi!”
İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr, “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.
Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq, onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən “www.azercellim.com” saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.
Yeni nömrələrin təqdimatını “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh edib: “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda, bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.
Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.
“Azercell” komandası “Qaliblərin seçimi” - “010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir.
Qələbə bayramımız mübarək!
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb