2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu sözləri "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.