Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və tələblərinin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəhər ərazisində yerləşən “Sərvət” şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, 4000 manat cərimə olunub.