Neftçala rayon polis əməkdaşı saxta COVID-19 pasportu satdığı yerdə tutulduğu üçün işdən qovulub.
YeniAvropa xəbər verir ki, belə bir iddia ilə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Məlumatda polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyevin adı hallanır və qeyd olunur ki, E.Xankişiyev saxta COVID-19 pasportu satdığına görə xidmətdən qovulub.
Daxili İşlər Nazirliyi bu məsələyə münasibət bildirib. DİN Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlamasında bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub: “Hazırda Neftçala rayon Polis Şöbəsində xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə iddialar həqiqəti əks etdirmir”.