logo

Qadını intim videosu ilə hədələyərək 7 min dollar istədi və yaxalandı

14:13 08-11-2021 | icon 1771
Qadını intim videosu ilə hədələyərək 7 min dollar istədi və yaxalandı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadından videosunu yayacağı ilə hədələyərək 7 min ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.