Bakıda metronun fəaliyyətə başlamasından 54 il ötür.
YeniAvropa xəbər verir ki, 1967-ci il noyabrın 6-da “Bakı Soveti” (indi - “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınan ilk qatar “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel”( “28 May”), “Gənclik” stansiyalarından keçməklə 6,5 kilometr yol qət edərək sonuncu “Nəriman Nərimanov” stansiyasına çatıb.
Bu gün isə Bakı metrosu 3 xətt, 26 stansiyadan ibarət 40 kilometrə yaxın yeraltı dəmir yolu şəbəkəsidir.
Yaxın gələcəkdə isə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq.