logo

“Standard Insurance” şirkətinin əmlakı hərracda satışa çıxarılır

19:09 05-11-2021 | icon 3129
“Standard Insurance” şirkətinin əmlakı hərracda satışa çıxarılır

Ləğv prosesində olan ASC “Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək.

Şirkətin Ləğvetmə komissiyasından YeniAvropa-ya bildirilib ki, komissiya tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin ümumilikdə satış qiyməti 1 milyon 150 min manat məbləğində müəyyənləşdirilib. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən noyabrın 12-si saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 11 min 500 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür: https:/e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.