Gələn il Azərbaycanda 34 830,3 min ton neftin hasil olunacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,71% çoxdur.
YeniAvropa xəbər verir ki, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 34 585,4 min ton neft hasil edilib.
Verilən proqnoza əsasən, 2023-cü ildə respublikada neft hasilatının artması dava edəcək və 35 752,7 min ton təşkil edəcək.
Buna baxmayaraq, 2024-2025-ci illərdə Azərbaycanda neftin istehsalı üzrə azalma müşahidə olunacağı ehtimal edilir. Belə ki, 2024-cü və 2025-ci illərdə sözügedən göstərici müvafiq olaraq 35 672 min ton və 34 707,6 min ton təşkil edəcək.