logo

250 nəfərlik toyun keçirildiyi şadlıq sarayının sahibi həbs edildi

11:25 05-11-2021 | icon 1680
250 nəfərlik toyun keçirildiyi şadlıq sarayının sahibi həbs edildi

Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub. 

Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.

Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.