Azərbaycanın kiçik su elektrik stansiyalarının (SES) özəlləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paanel iclasda çıxışı zamanı məlumat verib.
“Hökumət bu sahədə islahatları beynəlxalq təcrübəni dərindən öyrənməklə aparmalıdır. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq. Dövlət başçısının sərəncamına uyğun olaraq, addım-addım lazımi işlər həyata keçirilir”, - deyə o, qeyd edib.
Energetika naziri qeyd edib ki, bir neçə ay bundan əvvəl Azərbaycanda bərpa olunan enerji mənbələri, eləcə də enerji effektivliyi ilə bağlı yeni qanunlar qəbul olunub.
"Bu qanunların ölkədə tətbiqi üçün bir sıra alt qanunvericilik aktları işlənib-hazırlanmalı, qəbul olunmalıdır”, - deyə nazir sözlərinə əlavə edib.