logo

Bərdədə ağacları kəsən şəxs cəzalandırılıb

10:01 05-11-2021 | icon 1540
Bərdədə ağacları kəsən şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 min 600 manat məbləğində ziyan dəydiyi məlum olub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə rayon Prokurorluğuna göndərilib”.