logo

Azərbaycanda dövriyyəyə 500 manatlıq əskinaz buraxıldı

20:50 04-11-2021 | icon 5222
Azərbaycanda dövriyyəyə 500 manatlıq əskinaz buraxıldı

Qarabağda Zəfərin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Qeyd edilib ki, tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə sikkəsinin, eləcə də, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”, “Qubadlı”, “Ağdam”, “Zəngilan”, “Füzuli”, “Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.

Qeyd olunub ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycanın prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də, “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub.